|
Heineken-in gizli silahı.
Futbol çempionatında sponsor olmadan necə seçilmək olar? Elə bir parlaq ideya düşünmək lazımdır ki, kütlənin işində diqqət cəlb oluna bilə.Heineken məhz belə edərəkbazar payını 30% artıra bilib.
2006-cı il Dünya çempionatı pivə brendlərinə seçilmək üçün əla bir fürsət olmuşdu.Bu qədər sponsorlar və reklam verənlər içərisində seçilmək çox çətin idi.Amma Heineken çox pul xərcləmədən parlaq bir vizual obraz yaratmağa müvəffəq olmuşdu.
Gizli Holland Silahı – açılan karton şlyapa.Əlin bir hərəkətilə onu meqafona çevirmək olar( futbolçuları ruhlandırmaq üçün).Bununla da brend holland azarkeşlərinin səslərini yüksəldərək ən asan yolla futbol həyəcanında iştirak edə bildi.
Meqafon-şlyapaları pablarda satışa qoyuldu.Formasına görə şlyapa ovçu papağına oxşayırdı və bir az da məzəli görünürdü.Yaşıl rəng Heineken-in, narıncı rəng isə Hollandiya yığmasınım rəngini bildirirdi.
Nəticədə Gizli Holland Silahı çox populyar oldu.Onu bloqlarda və mətbuatda müzakirə edirdilər.Hətta Robbi Uilyams Amsterdamda verdiyi konsertdə həmin şlyapadan geyib tamaşaçılar qarşısına çıxmışdı.
Nəticə: Bu kampaniyaya 650 min avro pul xərcləndi və bazardakı pay 30,1% artdı.Sorğuda iştirak edən insanların 70%-i Heineken-in xüsusi bir yol tapdığını düşünür, 30%-i isə elə bilirdi ki, Heineken həqiqətən də Hollandiya yığmasının baş sponsorudur. |