1933-cü ildə Pol Adrien Moris Dirak ( ingilis fiziki, kvant mexanikasının yaradıcılarından biri) Nobel mükafatına layiq görüləndə o, mükafatdan imtina etmak istəmişdi.Belə ki, istənilən cür reklama nifrət edirdi.Rezerford isə (nüvə fizikasının “atası”) Diraka Nobel mükafatından imtina etməyin daha böyük reklam olacağını başa salaraq onu mükafatı qəbul etməyə razi sala bilmişdi.
10-cu yer. 17-ci əsrin sonlarında ingilis şəhərlərində içki tavernalarının reklamlarını görmək adət halını almışdı.Reklamların məzmunu çox dərin olmasa da effektiv idi: “1 penniyə ölümünə sərxoş, 2 penniyə ölmüş kimi”.
9-cu yer. İsveçrəli iş adamı, “həll olunan qidanın atası” Yulius Maggi reklama çox ciddi yanaşırdı.Məhz o, ilk dəfə küçədən keçənlərə öz məhsullarını paylamaq üsuluna əl atmışdı.
8-ci yer. Peterburqda inqilabdan əvvəlki dövrün pivə istehsalçıları da öz məhsullarını böyük yaradıcılıqla reklam edirdilər.”Kalaşnikov” pivə zavodu 1910-cu ildə indi bizim ünvanlı reklam adlandırdığımız üsuldan istifadə etmişdilər.Onlar öz məhsullarının şəkillərini kibrit qutularının üzərində yerləşdirmişdilər.Bu 5 ay ərzində 5 dəfə artıq satışa təkan vermişdi.
7-ci yer. 2 əsr bundan qabaq Jozef və Etyen Monqolfyelərin ilk hava şarının uçuşunun maliyyələşdirilməsi və reklam edilməsi çox maraqlı bir reklam kampaniyası kimi yadda qalmışdı.
6-cı yer. Mark Tven Konkord şəhər kitabxanasının idarə heyətinin Tvenin yazdığı kitab üçün özləri də istəmədən etdikləri reklam gedişini çox yüksək qiymətləndirirdi.Belə ki, idarə heyəti onun kitablarını kitabxananın fondundan “ancaq gecəqondulara yaraşan lazımsız kitab” kimi çıxarmışdılar.Bu kitaba maraq oyatmış və kitabın əlavə 25 min tirajının satılmasına səbəb olmuşdu.
5-ci yer. 1904-cü ildə “Çio Çio San” operasının səhnələşdirilməsi zamanı Puççini (Madam Butterfly) orkestr səhnəsinin dizaynını canlandırmaqdan əlavə, ilk gizli reklam nümunəsini yaratmağa xidmət etmiş yeniliyi tətbiq etmişdi.O, orkestrın üzvlərinə kəpənək formalı qalstuklar geyindirmişdi.
4-cü yer. Britaniyada 1967-ci ildən başlanan reklam kampaniyasına yalnız 1971-ci ildə son qoyulmuşdu. Belə ki, balıq məhsullarının reklamındakı qəhrəman hamını o qədər bezdirmişdi ki, məhsulun ən yaxşı reklamı həmin qəhrəmanın olümü olmuşdu.
3-cü yer. Nyu Yorkdakı gül dükanlarından birinin sahibi dükanının reklamına diqqəti cəlb eləmək üçün maraqlı üsula əl atmışdı.O, qəzetdə sətiraltı yazılmış elanda bütün katibələri məhz onun dükanından gül almağa çağırırdı.(Hər zaman insanlara hər hanssa bir yolla şifrələnmiş məlumatı oxumaq maraqlı olur)
2-ci yer. İsrail istehsalı olan süd və çupa-çupsların satışının həcmi bu məhsullar kosmosda kosmonavtlar tərəfindən yeyiləndən sonra dəfələrlə artmışdı.Həmçinin bir kosmonavt açıq kosmosa əlində PEPSİ bankası ilə çıxmışdı.
1-ci yer. 1960-cı ilin payızında İtaliyanın məhşur ayaqqabı firmalarından biri əlində italyan batinkası tutan Sovet lideri Nikita Xruşovun boyüdülmüş şəkli ilə ozünün çox effektiv reklamına müvəffəq olmuşdu.ARDI>>
Mətn www.smoking-room.ru saytindan götürülüb.
|