Renault: Mambonu tapmağa kömək edin.
Renault-un Scenic modelinin yeni 3-cü nəslinə Belçikada diqqəti cəlb etmək üçün Renault marketoloqları insanları həyəcanlandıran reklam kampaniyasına başlamışdılar.
Problem onda idi ki, Belçikanın avtomobil bazarında rəqabət böyük idi və bu bazarda pay almaq üçün Renault əməlli başlı çarpışmalı idi.
İş orasında idi ki, Renult Scenic 3 modelinin istehsalına başlayanda onun əsas rəqibi Citroen də öz anoloji modeli olan C4-ü satışa buraxmağa hazırlaşırdı.
Əsaslı üstünlük qazanmaq üçün Renault-a qeyri adi reklam kampaniyası lazım idi.Bu standart avtomobil reklamlarından çox fərqli olmalı idi.Bela bir halda reklamçılar qarşəlarına bu vəzifələri qoymuşdular:
1) Mətbuatın diqqətini cəlb etmək.
2) İnsanları avtosalonlara cəlb etmək.
3) Onlarda avtomobilə oturub onun ölçülərini hiss etmək həvəsini oyatmaq.
4) Və əlbəttə ki, Scenic 3-ün satışlarını artırmaq.
Kampaniya plakatların asılması, avtomobillərin şüşələrinə bukletlərin qoyulması, qəzetlərdə elanların verilməsindən başladı.Bunların hamısında Mambo adlı balaca bir filin itməsi haqda elan verilmişdi.Filin iki yaşı var və o 4ox sadə çox incə və sədaqətlidir.Hamıdan xahiş olunurdu ki, onun axtarışında iştirak etsinlər.Hətta axtarışları istiqamətləndirmək üçün www.sosmambo.be saytı yaradılmışdı.
Bir müddət sonra Mambonun tapılması haqda xəbər yayıldı.Televiziyada onun yeni Renault Scenic 3-ün içində tapıldığı haqda xəbər verildi.Reklam çarxında balaca filin avtomobilin arxa oturacaqlarında iki uşaqla oynadığı göstərilirdi.qabaq oturacaqlarda oturan ana və ata isə fili sirkə geri qaytardıqlarına görə çox şad idilər.Bununla da böyük bir kütləyə yeni Renault-un üstünlükləri göstərilirdi.Ancaq hələ insanları avtosalonlara cəlb etmək məsələsi var idi.Bunun üçün  Renault şirkəti potensial müştərilərə poştla maqnit kartlar kartlar gondərmişdi.Bu kartlarla  müştərilərə Scenic 3 udmaq imkanı verilmişdi.Amma bunun üçün Renault-un salonlarına gedib kartı oyuncaq Mamboya daxil etmək lazım idi.Kartı daxil edəndə oyuncaq fil səs siqnalı ilə kart sahibinin avtomobil udub dumaması barədə xəbər verirdi.
Nəticə: 2006-cı ildə Belçikada ancaq Mambo müzakirə olunurdu.Kampaniya elə qurulmuşdu ki, əvvəlcə hamı bunun olmuş hadisə olmasına inanmışdı.Ona görə də mətbuatda pulsuz elanlar vermək mümkün olmuşdu.

©Bütün hüquqlar Kontakt-AS Reklam şirkətinə məxsusdur

outdoor chairs